вторник, 17 августа 2010 г.

воскресенье, 15 августа 2010 г.

Hacı İlqar İbrahimoğlunun Ramazan ayının 1-ci günü etdiyi xutbə (dinləyin - mp3)

Hacı İlqar İbrahimoğlunun Ramazan ayının 1-ci günü etdiyi xutbə (dinləyin - mp3)

QƏLBLƏRİN RAHATLIQ TAPDIĞI BİR AY...

QƏLBLƏRİN RAHATLIQ TAPDIĞI BİR AY...

“Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah Təala ziyanı o xeyirdən daha çox olan bir işi onlara ürcah edər”

“Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah Təala ziyanı o xeyirdən daha çox olan bir işi onlara ürcah edər”

"Həzrət Yusif" filminin azərbaycancası eksklüziv olaraq ""Dəyərlər"də!

"Həzrət Yusif" filminin azərbaycancası eksklüziv olaraq ""Dəyərlər"də!

Hacı İlqar: “Bu ay insanın düşüncəsinin, zəkasının, ticarətinin, siyasi həyatının orucudur”

Hacı İlqar: “Bu ay insanın düşüncəsinin, zəkasının, ticarətinin, siyasi həyatının orucudur”

вторник, 27 июля 2010 г.

вторник, 20 июля 2010 г.

Ciddi-ciddiye bir choxlari Lutfizadenin musahibesinden sarsiliblar...

Ciddi-ciddiye bir choxlari Lutfizadenin musahibesinden sarsiliblar...

Neden gozlentiler bu qeder yuxaridir?!

Besherin en boyuk problemi - iradevi yashamin imitasiyasidir.

Besherin en boyuk problemi - iradevi yashamin imitasiyasidir.

Neticede demokratinin imitasiyasi, azadligin imitasiyasi, dindarligin imitasiyasi, semimiliyin imitasiyasi ve...Hetta sevmeyin imitasiyasi!!!

 

понедельник, 5 июля 2010 г.

İçərişəhər "Cümə" məscidinin dini icması Əllamə Fəzlullahın vəfatı münasibətilə başsağlığı bəyanatı verib

http://deyerler.org/60444-iceriseher-cume-mescidinin-dini-icmasi-ayetullah-fezlullahin-vefati-munasibetile-bassagligi-beyani-verib.html

среда, 16 июня 2010 г.

понедельник, 14 июня 2010 г.

İlqar İbrahimoğlu: “Bölgədəki məmurlar özlərini kiçik padşah sayırlar”

İlqar İbrahimoğlu: “Bölgədəki məmurlar özlərini kiçik padşah sayırlar”

Hacı İlqar İbrahimoğlu Berlin radiosuna müsahibə vermişdir

Hacı İlqar İbrahimoğlu Berlin radiosuna müsahibə vermişdir

ANS-in Qəzza humanitar donanması ilə bağlı verilişi efirə çıxdı

ANS-in Qəzza humanitar donanması ilə bağlı verilişi efirə çıxdı

Hacı İlqar İbrahimoğlunun "MÜBARƏK ÜÇAYLIĞA HAZIRIQMI?" adlı xütbəsi (dinləyin mp3)

Hacı İlqar İbrahimoğlunun "MÜBARƏK ÜÇAYLIĞA HAZIRIQMI?" adlı xütbəsi (dinləyin mp3)

пятница, 11 июня 2010 г.

ÜÇ AYLIQ MƏNƏVİ SƏFƏR

Qarşıdan, inşəallah, üçaylıq gəlir – Rəcəb, Şəban və mübarək Ramazan ayları. Bu – son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi kamilləşmə üçün böyük fürsətlər vardır. Bu aylardan əvvəlincisi mübarək Rəcəb ayıdır. Rəcəb ayı – Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay – tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, sui-zənndən, digər qəlbi mərəzlərdən müalicə olunma ayıdır. Uca Allahdan istəyimiz budur ki, bu mübarək ayın əməllərindən bəhrələnməyi hamımıza nəsib etsin. Allah Təala bu mübarək ayda, inşəallah mə’nəvi yüksəliş əldə etməyi bütün diləyənlərə qismət etsin, inşəallah!

RƏCƏBLİLƏR AXTARILAN BİR GÜN…

Hamımız məşğuluq. 21-ci əsrin dünyasının insanı olaraq, yaman məşğuluq. Hər şeylə məşğuluq. Məşğulluq bataqlığındayıq.
Məişətimizlə. Maddi dolanışığımızla. Sağlamlığımızla. Evimizlə. Maşınımızla. Ailəmizlə. Daha nələrlə və nələrlə…
Amma bir özümüzlə məşğul deyilik. Öz varlığımızla. Öz vücudumuzla. Öz kimimizlə. Öz duyğularımızla. Öz necəliyimizlə. Öz tutumluluğumuzla. Öz indimiz və sonucumuzla.http://deyerler.org/58568-recebliler-axtarilan-bir-gunv.html

Həccə getmək "niyyətə" bağlı deyil

Dini ekspert Hacı İlqar İbrahimoğluna görə, Həcc niyyətə bağlı əməl deyil: “Həcc ziyarəti müsəlman üçün vacib əməldir. Əgər ziyarətin imkanlılıq şərtləri ortaya çıxsa, o, baş verməlidir. Burada həm fiziki, həm maddi imkanlar nəzərdə tutulur. Onlar hasil olarsa, bir insanın həcci yerinə yetirməsi vacibdir. Cəmiyyətdə niyyət tutub İslamın vacib əməlini yerinə yetirmək arasında yanlış təsəvvürlər var. Təəssüf ki, bizim toplumda da belə təqdim olunur ki, guya Həcc insanların ürəyindən keçməsinə, niyyətə bağlıdır. Müstəhəb (bəyənilən-red.) əməllər bu sıradan ola bilər. Əslində isə bir insanın islami normalar baxımından vəziyyəti imkan verirsə, Həcc onun üzərində vacibdir. Bəzən görürsən ki, birinin imkanı var, amma həyata keçirmir. Deyir, 3-4 ildən sonra niyyət edib Həccə gedəcəyəm. Bu, doğru deyil. Həccin niyyətlə bağlı olması adət-ənənəsi yanlış qoyulub”.

вторник, 8 июня 2010 г.

Hacı İlqar: "Bu, tək Türkiyənin “11 sentyabr”ı deyil"

"Bu, tək Türkiyənin “11 sentyabr”ı deyil. Bu – Azərbaycanın, bütün müsəlman dünyasının, namuslu, vicdanlı dünyanın “11 sentyabr”ıdır..."

Türkiyəyə dəstək yetərli oldumu?

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu isə hesab edir ki, nə rəsmi Bakının, nə də Azərbaycan ictimaiyyətinin ortaya qoyduğu mövqe və dəstək yetərlidir. Onun fikrincə, qardaş ölkəyə dəstək daha ciddi və miqyaslı olmalı idi: “Qardaşlığa adekvat dəstək təəssüf ki, olmadı. Hadisənin birinci günü Azərbaycan diplomatiyası ümumiyyətlə susdu. İkinci gün isə o cür mövqelər bildirilməyə başlandı ki, hətta dünyanın mövqeyindən də zəif idi. Əslində isə Türkiyəyə bu məsələdə ən ciddi dəstək Azərbaycandan olmalı idi. Üçüncü günü Prezident Administrasiyasından verilən reaksiya nisbətən sərt oldu. Kaş ki, o mövqe ilk gündən sərgilənəydi”.

DEVAMM Qəzza humanitar karvanına İsrail rejiminin hücumu ilə bağlı “Terrora yox!” etiraz tədbiri keçirdi

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi, Qəzza humanitar karvanına hücumu, yardımçıların güllə-baran edilməsini, girov götürülənlərə işgəncə verilməsini pisləmək, habelə, ictimaiyyəti mövzu ilə bağlı obyektiv surətdə məlumatlandırmaq məqsədilə iyunun 7-də “Terrora yox!” tədbiri keçirmişdir.

понедельник, 7 июня 2010 г.

воскресенье, 6 июня 2010 г.

"Yeni Müsavat": Yardım gəmisində Qəzzaya gedərdinizmi?

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu: “Zatən hücuma məruz qalan gəmidə də olmalı idim. Sadəcə Azərbaycanda məscid sökmə təhlükəsi gündəmdə idi, bu səbəbdən qatılmadım. İHH rəhbərliyi ilə səmimi münasibətlərimiz var, insan haqlarını qoruyan qurum olaraq təbii ki, bu kimi təşəbbüsləri yüksək dəyərləndirir və belə humanitar aksiyalarda iştirakımızı da vacib bilirik”.

“İnsanın böyüklüyü - onun dinindədir”

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. İlk olaraq cümə xətibi böyüklüyün həqiqi mahiyyətindən söz açmışdır. Xətib mövzu ilə bağlı İslam Peyğəmbərindən (s) belə bir hədis nəql etmişdir: “İnsanın böyüklüyü - onun dinindədir”.

ANS TV-də getməli olan "İsrail rejiminin cinayəti" mövzusunda Hacı İlqar İbrahimoğlunun iştirakı ilə "ŞƏNBƏ GECƏSİ SEVİL NURİYEVA İLƏ" verilişi efirə çıxmadı

Xatırladaq ki, verlişə ekspert qismində dəvət edilmiş qonaqlar: DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, tanınmış politoloq Rasim Musabəyov, “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov beynəlxal sularda baş vermiş cinayət barədə fikirlərini bölüşüb debat keçirmişdilər.
/deyerler.org/ 

суббота, 5 июня 2010 г.

ЛИЧНОСТЬ МУЖЧИНЫ ПОЗНАЕТСЯ В ЕГО ОТНОШЕНИИ К ЖЕНЩИНЕ…

или краткие тезисы в Женский День – мовлуд Пресвятой Фатимеи-Захры (с.а.)

100 il bundan qabaqkı azərbaycanlı ilə bugünkü azərbaycanlının fərqi

Bismilləhir-Rahmənir-Rahim!


Bugünkü bəhsimiz, inşəallah, dua və münacat mədəniyyəti ilə bağlı olan bəhsdir. Bu, dinimizin ən mühüm və fundamental mövzularındandır. O qədər mühümdür ki, əgər mübarək İslam dininə, o cümlədən, Əhli-beyt (ə) məktəbinə tərif vermək istəsək, bu tərifin ayrılmaz hissəsi dua, münacat, İlahi rabitə, qəlbdən gələn göz yaşları ilə bağlı olacaq.

ƏMANƏTƏ XƏYANƏT EDİLİRMİ?!...

Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir: "Qadın qəhrəman yox, xoş ətirli bir güldür".

    Belə isə Allahın əmanəti olan bu xoşətirli güllə ona layiq olduğu tərzdə rəftar edilməlidir... Deyilmi?!

İSLAM QADINA NƏ VERMİŞDİR?

(Həzrət Fatimənin (s.ə.) mübarək mövluduna həsr olunur)

«… Doğrudanmı o yenə öz əllərilə öz qızını qətlə yetirəcəkdir? Doğrudanmı onun bu günahsız körpəyə əli qalxacaqdır?…». Artıq bir neçə il idi ki, yaxınları bu bədəvi ərəbdən qızının mövcudluğunu gizlədirdilər. O zaman uşaq dünyaya gələndə, bədəvini inandırmışdılar ki, körpə ölü doğulmuşdur. Üstündən 6 il keçmiş o, bu həqiqəti bilmişdir. Və cahiliyyət ənənələrinə sadiq olaraq, o canı canından, qanı qanından olan balasını, yalnız qız uşağı olması səbəbindən diri-diri torpağa basdırmaq qərarına gəlmişdir. O, bir anlıq da olsun, tərəddüd etmədi. Artıq dördüncü dəfə idi ki, bu bədəvi öz əli ilə balasını torpağa gömürdü. Öncəki üç qızı kimi. «Düzdür, - deyə o fikirləşirdi, - o biriləri basdırmaq daha asan idi – dilsiz-ağızsız idilər, ağılları heç şey kəsmirdi, bununsa 6 yaşı var, ah-naləsi göyə qalxıb. Amma nə etməli, dədə-babadan belə görmüşük, bir də ki, zəiflik etsəm, camaat mənə nə deyər? …».

İçərişəhər “Cümə” məscidinin dini icması Həzrət Fatimənin (s.ə.) mübarək mövludunu bayram tədbiri ilə qeyd etdi

Bu mübarək tarixlə əlaqədar, bütün Əhli-beyt (ə) sevərlərlə yanaşı, İçərişəhər “Cümə” məscidinin dini icması da bayram tədbiri keçirmişdir. Açıq havada, mavi Xəzərin sahilində düzənlənən bayram şənliyi, yüzlərlə icma üzvünün iştirakı ilə baş tutmuşdur. Ənənəvi olaraq, Quran tilavət edildi. Dövlət himni cəmlə oxundu. “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupu gözəl ilahilərin ifası ilə bayrama cəm olanların zövqünü oxşadı.

Allah Hitlerə və onun kimi bütün zalımlara lənət etsin.

Allah Hitlerə və onun kimi bütün zalımlara
lənət etsin.Günümüzdəki zalımları qınamaq üçün tarixdəki zalıma
alqış demək - insafdan, ədalətdən və İslami düşüncədən nə qədər də
uzaqdır

понедельник, 31 мая 2010 г.

ÖZÜNÜ ZƏHƏRLƏMƏ. VƏ YA ƏMANƏTƏ SAHİB ÇIXMA VAXTI GƏLMƏDİMİ...

“Doğrusu dünyada hansı müharibə bu qədər qurbanlıq qəbul etmişdir və bundan daha böyük xətər nə ola bilər?!”

Əziz və mehriban Rəbbimizin adı ilə başlayıram bu yazını. O Rəbbimizin adı ilə ki, bizi var edərək öz sonsuz lütfü ilə kamil bir varlığımızı bizə əmanət olaraq buraxdı. Məhz əmanət olaraq. Və sözsüz ki, bir ğün bu əmanətə ğörə sorulacağıq.

Sorulacağıq...

Bizə verilənlə necə rəftar etdiyimiz haqqında sorulacağıq...

Bu əmanətlərin içində sorulacaq bir əmanət də vardır – o da sağlamlıq əmanəti.

DEVAMM-ın İsrail rejiminin səfirliyi önündəki aksiyası sona çatdı

DEVAMM fəalları əllərində bayraqlar və plakatlar tutaraq İsrail rejimi səfirliyinin binasına bilavasitə yaxınlaşdıqları zaman, sionist rejimin mühafizə xidməti bərk naraharlıq izhar etməyə başladı. Çoxlu sayda mühafizəçi rejimin safirliyinin önündəki dəmir barmaqlıqlara yaxınlaşaraq, güclü hay-küy qaldırdılar. Sonra onlar ratsiya ilə əlavə polis qüvvələrini həmin yerə çağırdılar. Rejimin səfirliyinin önünə gələn polis nümayəndələrinin müdaxilsəindən sonra DEVAMM-ın ettiraz aksiyası yekunlaşdı.
Aksiya iştirakçılarından saxlanılan olmadı.
/Deyerler.Org/

“Cümə” məscidinin dini icması Cümhuriyyət günü münasibətilə möhtəşəm tədbir keçirtdi


May ayının 28-də Cümhuriyyət bayramı münasibətilə İçərişəhər “Cümə” məscidinin dini icması böyük bayram tədbiri keçirmişdir. Yüzlərlə icma üzvlərinin qatıldığı tədbir, iki hissədən: elmi-tədqiqi seminardan və bayram konsertindən ibarət olmuşdur.

пятница, 21 мая 2010 г.

Kamil insanın imtahanlar müqabilində rəftarına bir baxış

HƏDƏFƏ ÇATAN SÖZ 
Bu mövzuda ən önəmli çatdırışlardan biri - Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»də toplanan xütbələridir. Buradakı «Həmmam» xütbəsində İmam Əli (ə) insana bir həqiqi kamillik dərsi keçir. İmam Əli (ə) orada bir-bir xüsusiyyətləri açır. Deyir kamil insanın, müttəqinin, düzgün insanın bu xüsusiyyətləri olmalıdır və istəyirsən ki, o cür olasan - bu işlərə əməl etməlisən. Sənin əməllərində bunlar gözə çarpmasa, deməli vəziyyət pisdir. Ümumilikdə, İmam Əli (ə) orada 110 xüsusiyyət göstərir. Buyrulur müttəqilər dünyada fəzilətlərə malikdirlər. Sonra 110-a yaxın fəzilət sadalanır orada. «Həmmam» xütbəsində Əlinin (ə) səhabələrindən biri bu sualı ona vermişdi və Əli (ə) də bir neçə dəfə bunu cavablandırmaq istəmirdi və ümumi cavablandırırdı. Lakin səhabənin israrından, xüsusi təkidindən sonra Əli (ə) o qədər bəlağətlə, o qədər dəqiqliklə müttəqinin, kamil insanın sifətlərini açıqlayır ki, səhabənin axırda ürəyi dözmür və hətta duyğuların şiddətindən dünyasını dəyişir. Öz-özlüyündə, möcüzəvi məsələlərdəndir ki, dəqiq deyilmiş söz dəqiq eşidənin qəlbinə düşüb və bu cür vəziyyət yaranır və bu, bütün bəşəriyyət üçün bir dərs olaraq qalır.

четверг, 20 мая 2010 г.

4444-cü NÖMRƏYƏ...

4444-cü NÖMRƏYƏ...

“YENİ MÜSAVAT”IN 4444-CÜ SAYI ÇAPA HAZIRLANIR

“YENİ MÜSAVAT”IN 4444-CÜ SAYI ÇAPA HAZIRLANIR

вторник, 18 мая 2010 г.

Ən azad insan

Ən azad insan - öz nəfsinə sahib çıxmış insandır.
Nəfsinə sahib çıxmayanın azadlığımı ola bilər?
Nəfsimizə sahib çıxdığımız qədər də azadıq!

суббота, 15 мая 2010 г.

Allahşükür Paşazadə və İlqar İbrahimoğlu arasında görüş keçirilmişdir

Turan informasiya agentlyinin verdiyi məlumata görə bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu arasında görüş keçirilmişdir.

Day.az: İlqar İbrahimoğlu II Qaragenin xristian dini ilə eyniləşdirməyin düzgün olmadığını bəyan etdi

“Hələ bütün ermənilərin katolikosu II Qaregin Bakıya gəlməzdən öncədən dəfələrlə dediklərimiz baş verdi. Məlum olur ki, tam əsaslı olaraq biz onun səmimiyyətinə şübhə edirdik”. Belə bir bəyanatla DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu, “Day.Az” portalına Katolikos II Qaragenin Şuşanın “azad edilməsi” (əslində işğalı) və qondarma “Qələbə günü” münasibətilə təbrikini şərh edərkən bildirib.

Hacı İlqar İbrahimoğlu: "Nəticədə Azərbaycan uddu"

: “Həzrəti Fatiməyi-Zəhra (s.ə.) məscidi”nin sökülməsi təhlükəsinin aradan qalxmasını şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir: "Bu, son dərəcədə müsbət bir xəbərdir. Bu qərarı müdrik bir qərar kimi dəyərləndiririk. Neçə vaxtdır ki, həm ölkə daxilində, həm də dünyada milyonlarla insan bu məsələ ilə bağlı dərin narahatlıq keçirirdi.

Çox mühüm!!! “FATİMƏYİ-ZƏHRA (s.ə.) MƏSCİDİ”NİN SÖKÜLMƏSİ TƏHLÜKƏSİ ARADAN QALXDI

пятница, 14 мая 2010 г.

UNUTMASAYDI, GÜNAH EDƏ BİLƏRDİMİ?


] Bəhsimiz Qiyamət günü mövzusu ətrafındadır. Bu, bir bəhslərdəndir ki, insanın bu dünyada müvəqqəti olmasını onun yadına salır. Təəsüflər olsun ki, insanların böyük əksəriyyəti bu hələlik, müvəqqəti dünyadan yapışır və Qiyamət gününü unudurlar. Mübarək Qurani-Kərimin 76-cı surəsinin 27-ci ayəsində bu məsələ xüsusilə vurğulanır: [b]«Bunlar bu hələlik (müvəqqəti) dünyaya ürək bağlayıblar (sevirlər); ağır və çətin günü (yəni Qiyamət gününü) qulaq ardına vurublar».

ВСЕВЫШНИЙ ПРИНИЗИТ ТЕХ, КТО СОЧТЕТ СЕБЯ ВЫШЕ ДРУГИХ

В ходе прошлых бесед мы раскрыли значение категории достоинство, приведя пояснение данному понятию, выяснив причины значимости обладания данным состоянием, обозначив пути и методы его сохранения и приумножения, и разъяснив последствия его утраты. В одной из бесед мы также привели небольшой отрывок из молитвы Имама Саджада (а), в которой, как мы выяснили, помимо просьбы о ниспослании достоинства, звучит и мольба уберечь от гордыни.

Ali Məhkəmə “Pir Həsən” ziyarətgahının sökülməsinə "yox" dedi

Qərarı şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, "Pir Həsən" ziyarətgahının Ali Məhkəmədə müsbət həllini çox yüksək dəyərləndirərək, Günəşli qəsəbəsində yerləşən "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin ətrafında yaranan müşküllərin də tezliklə müsbət həll edilməsində ümidli olduğunu bildirmişdir.

Növbəti Cüməyə daxil olduq.

Növbəti Cüməyə daxil olduq.
Mübarək Cüməyə.
Cüməmiz mübarək olsun.
Bu Cümədən ilahi qurba (yaxınlığa) qovuşmuş halda çıxmaq ümidi ilə...

среда, 12 мая 2010 г.

Cahillik və xurafata meyillilik davam edir

Cahillik və xurafata meyillilik davam edir-(TANINMIŞ ASTROLOQ YENİ FƏLAKƏT PROQNOZU VERDİ).

Bu başlığı oxudum və oxucuların sayına baxdım.Kifayət qədər idi.
Bir təfədəh inancımız bunu haram və qeyri-dürüst iş hesab edir, digər tərəfdən sağlam ağıl bunu xurafat bilir.

Amma insanlar hələ də iradəvi və elmi deyil, xurafata meyillidirlər...

Hacı İlqar İbrahimoğlu Fransalı araşdırmaçı ilə görüşmüşdür

Səfər çərçivəsində araşdırmaçı alim İçərişəhər “Cümə” məscdinin imam-camaatı, DEVAMM-ın sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə görüşmüşdür. Araşdırmaçı Hacı İlqar İbrahimoğlu

вторник, 11 мая 2010 г.

Ильгар Ибрагимоглу: «Было бы неверно отождествлять Гарегина II с христианской религией»

Так руководитель Центра защиты вероисповедания и свободы совести (DEVAMM), гаджи Ильгар Ибрагимоглу прокомментировал Day.Az поздравительное послание Верховного Патриарха, католикоса всех армян Гарегина II по случаю Дня Победы и годовщины «освобождения», как называет оккупацию армянская сторона, Шуши.

Siyasətçini həm özəl keyfiyyətlərinə görəl, həm də ictimai nailiyyətlərinə görə dəyərləndirmək lazımdır!

Siyasətçini həm özəl keyfiyyətlərinə görəl, həm də ictimai nailiyyətlərinə görə dəyərləndirmək lazımdır!
 

Eyni zamanda ogru kimi insanin shexsi heyatina mudaxileni de yanlish sayiram.

Группа теологов, представляющих значительную часть религиозного сообщества страны, обратилась к президенту

Группа теологов, представляющих значительную часть религиозного сообщества страны, обратилась к президенту Азербайджана в связи с делом о мечети «Фатимеи-Захра (с.а.)»

Ölkənin dini camiəsinin böyük hissəsini təmsil edən ilahiyyatçılar Azərbaycan Respublikasının prezidentinə müraciət etmişlər

Ölkənin dini camiəsinin böyük hissəsini təmsil edən bir qrup ilahiyyatçı “Həzrət Fatiməyi-Zəhra (s.ə.)” məscidi ilə bağlı Azərbaycan Respublikasının prezidentinə müraciət etmişdir. Müraciətdə, o cümlədən, deyilir:

понедельник, 10 мая 2010 г.

Narazılar özündən narazı olmayınca ...

Narazılar özündən narazı olmayınca ...
Məzlumlar özləri zülmdən əl çəkməyincə...
Dəyişmək istəyənlər özləri dəyişməyincə...(c)

пятница, 7 мая 2010 г.

«КАЖДЫЙ, КТО ПРОЯВИТ ГОРДЫНЮ, ОБЕССЛАВИТСЯ»

Тема достоинства, обсуждение которой мы продолжим в нашей сегодняшней беседе, представляет исключительную значимость для верующих. Именно поэтому оно является одним из тех благ, дарование которого более всего просят верующие в своих молитвах Всевышнему и которая представляет наибольшую актуальность в наши дни. и, по сути, достоинство – это то, что отражается на всех перспективах человеческой жизни. В то же время, тема достоинства представляет величайший интерес с точки зрения исторического анализа, а также с точки зрения определения вектора развития исламской уммы в современном мире. Именно по этой причине, как мы считаем, теме достоинства должно быть уделено более пристальное внимание.

ZÖVQLƏRDƏ MÜXTƏLİFLİK QADININ XEYRİNƏ HƏLL OLUNMALIDIR

Bugünkü bəhsimiz İslamın nəzərində ailə münasibətləri ətrafında olacaq. Ailə - ən mühüm və ən zəruri bəhslərdəndir. Bir yaradılış fenomeni olaraq, insanın üzərində özü ilə bağlı, Yaradanı ilə bağlı, digər insanlarla bağlı, digər yaranmışlarla, təbiətlə bağlı suallarını cavablandırmaq və münasibətlərini tənzimləmək vəzifəsi durur. Və digər insanlarla münasibət rakursunda, ailədaxili rabitələr xüsusi önəm kəsb edir. Həm qohumluq baxımından ən yaxın olan insanlar kimi, həm daha çox ünsiyyətdə olan insanlar kimi, həm tərbiyə mühitinin yaradılmasında oynadıqları müstəsna rol baxımından ailə üzvlərinin xüsusi yeri vardır.

"Каждый, кто проявит гордыню, обесславится"

Баку, 7 мая, SalamNews.  Сайт deyerler.org поместил статью философа-теолога, имам-джамаата мечети «Джума» в Ичери шехер гаджи Ильгара Ибрагимоглу на тему человеческого достоинства. Содержание этого материала SalamNews предлагает вашему вниманию.

четверг, 6 мая 2010 г.

Özünü "demokrat" adlandıran birilərində

Özünü "demokrat" adlandıran birilərində inanclılara qarşı bu nifrətin səbəbi fobiyadırmı?

Ləyaqət uğrunda savaş

Ləyaqət uğrunda savaşın birinci addımı buna sahib çıxmaqdır.
İkinci addımı fərqli əxlaq ortalığa qoymaqdır.
Bunlar olmasa nəticə bəllidir...(c)

среда, 5 мая 2010 г.

Türkiyənin "Zeynəbiyyə" cameəsi - Qasım Alcan

"Azərbaycan islamofobiyanın yayılmasına qarşı öz sərt fikrini bildirməlidir"


“Qarabağ münaqişəsi sahəsində 4-cü platforma ən məhsuldar və ən uğurludur”, - deyə DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri İlqar İbrahimoğlu bildirib. Onun sözlərinə əsasən, mövcud olan hər dörd platformanın tələbləri və problemləri üzrə sənəd tərtib edilməlidir. Bundan əlavə, Aİ-də təqdim edilən az saylı müsəlman ölkələrindən biri kimi Azərbaycan islamofobiyanın yayılmasına qarşı öz sərt fikrini bildirməlidir.“Biz dördüncü platforma çərçivəsində təbliğat istiqamətində işlərin möhkəmləndirilməsi üçün səyləri davam etdirməliyik”, - deyə o vurğulayıb.

"Yeni Müsavat": "Sökülən məscid şeyxin nüfuzunu sökür"

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu isə qəzetimizə açıqlamasında QMİ sədrini məscidin sökülməsini dayandırmalı olduğunu dedi: “Hacı Allahşükür Paşazadənin bugünkü mərhələdə əslində öz legitimliyi sual altında qoyulub. Belə ki, hər sökülən məscid onun nüfuzunun sökülməsidir. Düşünürəm ki, Patriarx Kirilldən tutmuş II Qareginə qədər dini liderləri ölkəyə toplayan bir insan təbii ki, prosesi dayandırmalıdır. Məncə, o, bunun fərqindədir və əlindən gələni edərək, Allaha qarşı üsyanı, dövlətçiliyə yönələn mənəvi cinayətin qarşısını almaqda öz missiyasını yerinə yetirəcək”.

BELÇİKADA HİCABA QADAĞA QOYULMAYIB...

İlqar İbrahimoğlu: “KİV-də Belçika parlamentinin qərarı və Fransada müzakirələr barədə yanlışlıqlar yer alıb. Hicaba hansısa qadağadan söhbət belə getmir” “Tarixin irəliyə hərəkətini, o cümlədən, müsəlmanların Avropaya kütləvi inteqrasiyasını əngəlləmək mümkün olmayan bir prosesdir. Bunun qarşısını almaq cəhdləri, yalnızca Avropanın yüzillər ərzində əldə etdiyi demokratik dəyərləri zəiflətməyə gətirir”

суббота, 1 мая 2010 г.

Гаджи Ильгар Ибрагимоглу: «Это решение – восстание против божественных законов, это - удар по государственности»

Гаджи Ильгар Ибрагимоглу: «Это решение – восстание против божественных законов, это - удар по государственности. Этим решением было нанесено оскорбление национальным символам» Комментируя постановление Верховного Суда об оставление в силе решение о сносе мечети «Фатима-Захра (с.а.)», председатель ДЕВАММ, имам-джамаат мечети «Джума» в Ичери-шехер, философ-теолог Гаджи Ильгар Ибрагимоглу заявил: «Данное решение Верховного Суда является постыдным с любой точки зрения. Налицо беспрецедентное нарушение, как юридических норм, так и свободы совести и вероисповедания. Заказчики и исполнители данного решения оставили пятно в истории современной азербайджанской государственности. Ибо они подписались под нравственным злодеянием, очевидная антинравственность которого и им самим хорошо известна.

НЕ БУДЬ НИЧЬИМ РАБОМ, ИБО АЛЛАХ СОТВОРИЛ ТЕБЯ ВОЛЬНЫМ И СВОБОДНЫМ!

Мы продолжим наш разговор на тему достоинства. Столь детальный разбор данной темы связан, конечно же, со значением, которую она представляет в жизни человека. Как известно, достоинство является одним из главных столбов веры, и именно этот факт служит объяснением той исключительной значимости, которую придает ему наша религия как в практическом, так и в теоретическом аспекте. Однако данная тема примечательна еще и тем, что она тесно связана с понятием эхлага. Так как все морально-этические нормы, и в целом все теории касательно эхлага в основе своей, так или иначе, апеллируют на достоинство, а точнее, на понимание и трактовку данного понятия.

Türkiyə intellektual çevrələrinin "Özgün Duruş" qəzeti: DEVAMM sədri hazırda islami şüur intibahının yaşanmasını bildirdi

Türkiyə intellektual çevrələrinin "Özgün Duruş" qəzeti: DEVAMM sədri hazırda islami şüur intibahının yaşanmasını bildirdi

“Müasir dönəmimizdə ən ciddi məsələlərdən biri – dünyada inanc faktorunun, din faktorunun əhəmiyyətinin artmasıdır ”

Dini Etiqad və Vicdan Azadlıqları Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Media FM” radiosunun efirində Bakıda keçirilmiş dünya dini liderlərinin sammiti ilə bağlı çıxış etmişdir - İlqar bəy, ilk öncə, bu tədbirin miqyası haqqında nə deyə bilərsiniz? Sizcə, miqyasına görə bu sammiti çox ciddi hadisə kimi dəyərləndirmək olarmı?

Hacı İlqar: "Bu qərar – həm Allaha qarşı bir üsyan, həm də dövlətçiliyə qarşı sarsıdıcı bir zərbədir"

Ali Məhkəmənin “Fatiməyi-Zəhra (s.ə.) məscidini sökmək qərarını qüvvədə saxlaması barədə qərarını şərh edən DEVAMM sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bildirmişdir:

пятница, 30 апреля 2010 г.

“Bu torpaqların müharibə və şəhid qanı ilə qaytarılması mümkünlüyü hər zaman Azərbaycan kişisinin məfkurəsində yaşamalıdır”

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu ilə “ANS ÇM” radiosunda “Dinlərarası dialoq və bunun dünya siyasətinə təsiri” mövzusunda müsahibə

MÜVƏQQƏTİ DÜNYAYA ÜRƏK BAĞLAYANLAR

Cümə söhbətləri Bismilləhir-Rahmənir-Rahim! Allah Təala Öz mübarək kitabında - Qurani-Kərimdə, insana bir gün haqqında xəbərdarlıq edir. O gün – “əvəz günü”dür. O gün, insanların yaxşı əməllərinin yaxşı əvəzi, pis əməllərinin pis əvəzi olacaq. Allah insanı bir gün haqqında xəbərdarlıq edir ki, o gün hər şeyin sorğu-sualı, haqq-hesabı olacaq. Bir gün haqqında xəbərdarlıq edir ki, bu – “haqq günü”dür. Bu günün olmasında şəkk-şübhə yoxdur deyə, bunu “gerçək gün” də adlandırır. Başqa bir mənada “ədalətli gün” - hər kəsin öz haqqına çatacağı bir gün kimi də təqdim edilir. “AYRILMA GÜNÜ”NÜN XƏBƏRDARLIĞI Lakin, təəsüflər olsun ki, insan o günü unudur. İnsan elə yaşayır ki, sanki “Qiyamət günü” yoxdur, sanki “əvəz günü” yoxdur, sanki hər şeyin öz haqqına çatan bir gün yoxdur. Əziz Rəbbimiz mübarək Quranda (76-cı surənin 27-ci ayəsində) buyurur ki, «Bunlar bu hələlik (müvəqqəti) dünyaya ürək bağlayıblar (sevirlər); ağır və çətin günü (yəni Qiyamət gününü) qulaqardına vurublar».